16.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 16.11.2022-ci il tarixində Beynəlxalq Tolerantlıq günü ilə bağlı “Tolerantlığın vətəni Azərbaycan” başlığı altında söhbət təşkil etdi. Tədbiri aparan Uşaq şöbəsinin kitabxanaçısı Nərmin Qasımova uşaqlara tolerantlıq haqqında ətraflı məlumat verdi və bildirdi ki,16 noyabr Beynəlxalq tolerantlıq günüdür. Beynəlxalq Tolerantlıq günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibəti ilə təsis edilib. Bu günün təsis edilməsində məqsəd qurumun da nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, bir ailə kimi yaşayırlar. Sonda uşaqların mövzu ilə bağlı verdiyi suallar ətraflı cavablandırıldı. Tədbirdə 27 saylı məktəb-liseyin IV sinif şagirdləri iştirak etdilər.